Soyutma Sİstemİ

Sİfarİş et

PROSERVİS, uzun illərin təcrübəsi ilə Soyutma sektorunda həll ortağınız olaraq fəaliyyət göstərməktədir. Soyutma sahəsində Müştərinin ehtiyaclarına sürətli, müasir, etibarlı və fasiləsiz xidmət keyfiyyəti ilə Sizlərə qalıcı dəyərlər təqdim edirik.
    Günümüzə qədər təcrübədən keçmiş soyutma sistemlərini analiz edərək, müəyyənləşdirilmiş dəqiq hesabat ilə Müştəri seçimi və soyutma sistemi qurulacaq obyektin təyinatına uyğun gələn layihələndirmə və quraşdırma öhdəliyini öz üzərimizə götürürük.
    Ölkəmizdə, müxtəlif obyektlərin soyutma sistemi ilə təmin edilməsində göstərilən xidmətlərə daha çox dəyərlər qatmaq başlıca məqsədimizdir.
    PROSERVİS, aşağıdakı soyutma sistemlərinin layihələndirilməsi,  avadanlıqlarının satışı, quraşdırılması, təmir və texniki yardım xidmətlərini həyata keçirir; 

*VRF sistemləri                                    *Çiller və fankoil soyutma sistemləri

*Multi split kondisioner sistemləri           *Server otaqlarının həssas tipli soyutma sistemləri

VRF SİSTEMİ

    Variable Refrigerant Flow (VRF) SİSTEMİ Kondisioner texnologiyasının daha da inkişaf etdirilmiş forması olan mərkəzi kondisioner sistemidir. VRF kondisioner sistemi, obyekt kənarında yerləşdirilən bir xarici blok vasitəsiylə daxili məkanları soyutmaq və ya isitmək üçün istifadə edilir. Bir məkanda quraşdırılmış VRF sistemi ev, otel, ofis, ticarət mərkəzləri, sənaye müəssisələri, çox mərtəbəli binalar və s. üçün müxtəlif iqlim şəraitinə uyğun hava göstəricilərinin fərdi tənzimlənməsini təmin etməyə imkan verir.
    VRF kondisioner sistemləri, modulyar və yığcam strukturları, elastik dizayn meyarları, enerji məhsuldarlığı, fərdi tənzimlənməyə imkan verməsi, texniki təmir asanlığı, uzun ömürlü olması, səssiz çalışması, ətraf mühit üçün zərərsizliyi və asan işlədilə bilməsi kimi üstün xüsusiyyətləri ilə ön plana çıxır.

MULTİ SPLİT KONDİSİONER SİSTEMLƏRİ    

Multi split kondisionerlər,  çoxlu hissələr mənasını verməkdədir. Soyutma sistemində, daxili bloklar tək bir xarici bloka bağlanır. Bu sayədə xarici blokların meydana gətirəcəyi sahədə çətinlik və görünüş çirkliliyinin qarşısına keçmək olur. 
Multi split kondisionerləri divar, salon, yer-tavan tipli fərqli daxili blok variantları mövcuddur. Bundan əlavə  bir xarici bloka 8 ədəd daxili blok bağlanan multi split kondisioner modelləri də var. Hər bir daxili modul bir-birindən müstəqil olaraq idarə edilə bilər.
Multi split kondisionerlər;
Yaşayış və iş yerlərində
Mağazalarda
Ticarət mərkəzlərində
Məktəblərdə
Xəstəxanalarda
Yığıncaq və konsert salonlarında  istifadə edilməkdədir.

Xüsusiyyətləri;

    Multi kondisioner xüsusiyyətləri baxımından digər sistemlərdən ayrılır. Yüksək enerji qənaəti və tək mərkəzdən idarə olunması səbəbiylə ətraflı nəzarət, eyni anda çoxlu idarəetmə sistemi, dizayn elastikliyi, asan quraşdırma və təmir, səssiz iş sistemi və üstün performansı təmin edir.

ÇİLLER VƏ FANKOİL SOYUTMA SİSTƏMLƏRİ

    Çiller cihazları , sənaye məqsədi ilə soyutma edilməsi lazım olan və bu sahədə də dünya standartlarını meydana gətirən bir soyuducu qurğudur. Çiller və fankoil soyutma sistemlərinin digər sistemlərdən fərqi odur ki, onun xarici və daxili blokları arasında freon yox su (və ya donmayan maye) sirkulyasiya edir. Suyu Çiller adlanan  avadanlıq soyudur. Çiller adi freon kondisioneridir, lakin onun buxarlandırıcısından hava yox su keçir. Su nasos stansiyasının köməyi ilə istidən izolyasiya edilmiş trubalarla fankoyla keçir. Fankoyllar otağın içində yerləşdirilir və adi split-sistemlərin daxili blokları ilə eyni funskiyanı yerinə yetirir. Çiller – fankoyl sistemi ənənəvi multi-split və ya multi-zonal sistemlərlə müqayisədə bir neçə üstünlüyə malikdir;

    Çiller və fankoyl arasındakı məsafə nasosun gücünə görə müəyyən edilir və bu məsafə bir neçə 100 metr ola bilər. Çilleri fankoylla birləşdirmək üçün adi su trubalarından isitifadə olunur.

Fankoylların növləri:
*Divar tip fankoyllar - İstənilən kiçik ölçülü obyektə, ofisə, mənzilə, mağazaya quraşdırmaq mümkündür.
*Tavan tip fankoyllar - Tavan tipli fankoyllar xüsusi olaraq asma tavanlı böyük binalar üçün hazırlanmışdır. Tavanın alt hissəsinə quraşdırılır və bu zaman yalnız dekorativ mənfəz görünür.
*Kanal tip fankoyllar - Kanal tipli fanoyllar soyudulacaq (qızıdırılacaq) sahədən kənarda yerləşdirilir və bu sahəyə hava xətləri və havalandırma mənfəzləri ilə birləşdirilir.
*Tavan (tavanaltı), döşəmə tip fankoyllar - Bu tip fankoylları vertikal və horizontal quraşdırırlar.

SERVER OTAQLARININ HƏSSAS TİPLİ SOYUTMA SİSTEMLƏRİ

    Server otaqlarının həssas tipli soyutma sistemləri, həssas nəzarətli kondisionerlərdir. Bu kondisionerlər yerləşdiyi otağın temperatur, rütubətlilik, hərəkətlilik parametrlərinin dəqiq tənzimlənməsini təmin edən avtonom kabinə tipli kondisionerlərdir.
*Temperaturun tənzimlənməsi dəqiqliyi: ± 1°С 
*Rütubətliliyin tənzimlənməsi dəqiqliyi: + 5%
*İşləmə mühitinin temperatur göstəriciləri: +50°С-dən -60°С-ə qədər 
    Server otaqlarının həssas tipli soyutma sistemləri texniki obyektlərdə tətbiq olunması texnoloji avadanlıqlardan böyük isitilik ayrılmalarını konpensasiya edir. Otaqda olan temperatur optimal temperaturdan nə qədər çox fərqlənərsə, texnoloji avadanlıqların ömrü bir o qədər az olar.Həssas nəzarətli kondisionerlər ayrılan istiliyin tənzimlənməsini effektiv təmin edir və otağın tələb onun temperatur və rütubətlilikdə saxlanmasını tənzimləyir.
Texnoloji avadanlıqların artıq dərəcədə qızması nəticəsində, eləcə də tələb olunan rütubətliliklə kifayət qədər rütubət fərqi yarandıqda bu avadanlıqlar sıradan çıxırlar.
Server otaqlarının həssas tipli soyutma sistemləri tətbiq sahələri:
Stasionar telerabitə: ATS stansiyalar,Təhcizat otaqları
Mobil telerabitə:Telekommunikasiya qovşaqları (kommutator, şlüzlər), Baza və daşınabilən stansiyalar ( binalarda və ya konteynerlərdə), Billinq mərkəzləri, İnformasiya texnolgiyaları sektoru, Server otaqları, Təhcizat otaqları, Komoyuter otaqları, Məlumat bankları (Data Center)
Tibb sahəsi: Diaqnostika otaqları,Labaratoriyalar, Yüksək dəqiqlikli avadanlıqlar, Həssas istehsallı mikroelektronika, kosmik sənayə, əczaçılıq.