İsİtmə Sİstemİ

Sİfarİş et

PROSERVİS, İsitmə Sistemlərinin layihələndirilməsi, avadanlıqlarının satışı, quraşdırılması, təmir və texniki yardım xidmətlərində yaxın dost ortağınız olaraq fəaliyyət göstərməktədir. İsitmə sistemləri sektorundakı fəaliyyətlərimiz ilə  Müştərilərimizin ehtiyaclarına sürətli, müasir, etibarlı və fasiləsiz xidmət keyfiyyəti ilə qalıcı dəyərlər təqdim edirik.
    Günümüzə qədər təcrübədən keçmiş isitmə sistemlərini analiz edərək, müəyyənləşdirilmiş dəqiq hesabat ilə Müştəri seçimi və isitmə sistemi qurulacaq obyektin təyinatına uyğun gələn layihələndirmə və quraşdırma öhdəliyini öz üzərimizə götürürük.
    Ölkəmizdə, müxtəlif obyektlərin isitmə sistemi ilə təmin edilməsində göstərilən xidmətlərə daha çox dəyərlər qatmaq başlıca məqsədimizdir.
    PROSERVİS, aşağıdakı isitmə sistemlərinin layihələndirilməsi, avadanlıqlarının satışı, quraşdırılması, təmir və texniki yardım xidmətlərini həyata keçirir;

    * Su qızdırıcı qazanlar               * Kombi sistemi

    * Radiatorlar                              * Odluqlar 

SU QIZDIRICI QAZANLAR

    Su qızdırıcı qazanlar, adından da göründüyü kimi isitilikdaşıyıcı kimi sudan isitifadə olunan qazanlardır. Bu isitmə sistemində qazanlar çox böyük istilik tutumuna malik olur.
Su qızdırıcı qazanların xarakteristikaları
;
Su qızdırıcı qazanlar müxtəlif təyinatlı obyektlərdə isitifadə oluna bilər;
*Mənzillərdə və fərdi evlərdə                         *Anbarlarda
*Sənaye obyektlərində və ofislərdə                 *İdman komplekslərində
*İsitixanalarda
    Su qızdırıcı qazanlar öz növbəsində istlilik təhcizatlarının buxar sistemlərində, eləcə də buxar tekstil məhsullarının, yeyinti məhsullarının, tibbi dərmanların istehsalında istifadə olunur. Bununla da buxar qazanlarından bütün istehsal və bəzi qeyri istehsal səhələrində (tibb, kosmetologiya) istifadə olunur. Buxar qazanları ən etibarlı və sərfəli qazan növüdür. Bərk yanacaqlı qazanlar istismarda rahat və təhlükəsizdir. Sənaye və yaşayış binaları üçün nəzərdə tutulmuşdur. Digər qazan növlərindən əsas fərqi yanacaq kimi koks, daş kömür, odun, eləcə də qonur kömürdən isitifadə olunmasıdır. Bundan başqa istehsalçılar bu yanacaq növlərindən biri ilə yox hamısı ilə işləyən qazanlar istehsal edirlər.

    Qaz yanacaqlı qazanların 2 növündən – divar tip və döşəmə tip qazanlardan isitifadə olunur. Qaz yanacaqlı divar tip qazanlar kompakt və komfortlu qazan növü hesab edilir. Bu qızdırıcı qazanlar mənzilləri və kiçik ölçülü fərdi evləri qızdırmaqla yanaşı həm də isti su ilə təmin edir. Divar tip qazanlar nasos və ya nasosların hesabına işləyir. O özünü real mini-qazanxana kimi göstərir. Divar tip qazanların hissələrinə regenerator (istilik bərpa edən), odluq, nəzarət aparatı, manometr, genişlənmə çəni, termometr, həmçinin yuxarıda qeyd etdiyimiz kimi sirkulyasiya (mübadilə) nasosu aiddir. Divar tip qazanlarda onun və hissələrinin effektiv və keyfiyyətli işləməsini təmin edən xüsusi sistem vardır.
    Qaz yanacaqlı döşəmə tip qazanlar öz praktikliyi, sisteminin görünməzliyi və təbii sirkulyasiyasına görə bir çox ölkələrdə geniş istifadə olur. Müasir model döşəmə tipli qazanlarda qaz verimində və ya bacada problem ortaya çıxdığı zaman qəza rejiminə keçərək avtomatik qazanı söndürən sadə və etibarlı avtomatika sistemi quraşdırılmışdır. 
    Maye yanacaqlı qazanlar daha çox qaz xəttindən uzaqda yerləşən böyük obyektlərdə istifadə olunur.Mayə yanacaqlı qazanların işləmə prinsipi  qaz yanacaqlılar kimidir. Elektrik və ya dizel yanacaqla işləyən modellər arasında seçim edilən zaman dizel yanacaqlı modellərin daha ekonomik olduğunu görərik. Hər bir maye yanacaqlı qazan açıq yanma kamerası ilə təhciz edilmişdir.

RADİATORLAR

    Çuqun radiatorlar ən çox tanınan radiatorlardi. Bu radiatorlar SSR dövründən kütləvi tikililərdə isitifadə olunan əsas avadanlıqlardan idi və indiki dövrə qədər bir çox “xruşşovka” və digər mənzillərdə və fərdi evlərdə istifadə olunur. Bu da onların dözümlülüyündən xəbər verir.

    Aluminium radiatorlar fərdi isitmə sistemləri üçün ən geniş isitifadə olunan radoiatorlardır.
Aşağıdakı üstünlüklərə sahibdir;
*Kifayət qədər ucuz
*Yüksək istilik ötürücülyü ( tez qızması və istilik ayrılması)
*Standart quraşdırma şərtləri
    Panel radiatorlar poladdan hazırlanır. Panel radiatorların çeşid və konfiqurasiya müxəlifliyi istənilən tip otaqlara uyğun modelin seçilməsinə imkan yaradır. Bu radiatorlar digərlərindən istiliyin avdanlıqda bərabər paylanması xüsusiyyətinə görə fərqlənir ki,bu da istiliyin ötürülməsini yaxşılaşdırır. Panel radiatorların isitilik ötürücülüyü aluminiuma nisbətdə yüksəkdir.

KOMBİ SİSTEMİ

    Kombi unikal isitmə sistemidir.Onun köməyi ilə istənilən otağı ən soyuq vaxtda belə asanlıqla qızdırmaq mümkündür. Bunun üçün sistemin bütün elementlərini düzgün şəkildə quraşdırmaq lazımdır. İş qızdırıcı elementləri olan avadanlığı almaq və quraşdırmaqla bitmir. Öncədən evin hər bir otağından keçərək qapalı dairə sistemi yaradan su sistemi çəkmək lazımdır. Nəzərə almaq lazımdır ki, Kombi daha çox mənzillər və birmərtəbəli evlər üçün uyğundur. Çünki, bu avadanlıq suyu boru ilə 2-ci mərtəbəyə qaldırmaq gücündə deyil. İndi kombi sistemlərindən daha çox plastik borulardan isitifadə olunur. Onlar lazım olan ölçülərdə asanlıqla kəsilir və xüsusi aparat vasitəsilə birləşdirilir. Sistemin müsbət tərəflərinə onun dözümlülüyünü, istifadəsinin rahatlığını və temperatur tənzimlənməsinin mümkünlüyünü aid etmək olar. Əgər ev sahibi uzun müddətlik evini tərk edirsə boş yerə qızdırıcı üçün pul ödəmək lazım deyil. Bunun üçün Kombini sadəcə söndürmək lazımdır. 
Kombi qızdırıcı sistemin elementləri; qızdırıcı avadanlıq, qaz və su borusu, həmçinin radiator.  

ODLUQLAR

    Odluqlar lazım olan miqdarda isitliyin ayrılması üçün yanacağın yandırmasını təmin edən avadanlıqlardır. Odluqlar yüksək effektivlik dərəcəsində işləyir və ətraf mühitə zərərli maddələrin atılmasını minimum həddə endirir. Odluq avtomatik idarəetmə və təhlükəsizlik nəzarətinə malik avadanlıqlardır. Avadanlıq bərpaolunmaz nasazlıq yarandığı halda avtomatik olaraq sönür. İstifadə olunan yanacağın növünə görə odluqlar 3 növə ayrılır: qazla işləyən, maye (dizel) ilə işləyən, multiyanacaqlı (qaz-dizel).

    Qazla işləyən odluqlar qaz tipli yanacağın ekonomik və effektiv yandıraraq lazım olan isitilik ayrılmasını təmin edir. Bu tip odluqlar 16-246 kvt gücündə olurlar. Demək olar ki bütün qazla işləyən odluqlar avtomatika sistemi ilə təhciz olunub ki, bu da onların yüksək təhlükəsizlik rejimində işləməsini təmin edir. Bu avadanlıqlar gücünə görə birpilləli və ikipilləli olurlar. Birpilləli odluqlar daha çox fərdi evlərin qazanxalarında isitifadə olunurlar. Orta və yüksək güclü odluqlar birpilləli, ikipilləli və modul tipli olurlar. İkipilləli olduqlar yanmanın iki rejimində işləyirlər; “az” və “çox”. Modulyasiya rejimində işləyən zaman gücün axıcı rejimi təmin olunur və bu zaman yanacağa qənaət olur və avadanlığın işə qoşulması zamanı səs azalır. Avadanlığın gücünün tənzimlənməsi avtomatik olaraq həyata keçirilir. Bu avadanlıqlar 220 V –da işləyir. Elektrik enerjisinin tezliyi 50 ghz olmalıdır.

    Dizel yanacaqlı odluqlar dizel yanacağının effektiv və ekoloji təhlükəsiz yandırılması ilə istilik ayrılmasını təmin edir. Qaz xətlərinin olmaması halında alternativ olaraq dizel yanacağından istifadə olunur. Bütün dizel odluqları avadanlığın təhlükəsiz işləməsi üçün avtomatika sistemi ilə təchiz edilmişlər. Bu avadanlıqlar yanacağın qızdırılma rejimi olan və olmayan növlərə ayrılır.Qızdırma rejimi olmayan odluqlar sadə konstruksiyası və ucuzluluğu ilə fərqlənirlər. Qızıdırma rejimi olan odluqlar effektiv işləməsi və yanacağın ən yaxşı şəkildə yandırılmasına görə xarakterizə olunurlar.
    Dizel yanacaqlı odluqlar birpilləli, ikipilləli və üçpilləli olur və gücün axıcı nəzarətinə malikdirlər.Çoxpilləliyin köməyi ilə yanacağın rasional istifadəsinə, effektiv yanmaya, ani alovlanmaya, avadanlığın uzunömürlülüyünə nail olunur. Onlar gücünə görə zəif,orta,yüksək güclü olaraq bölünürlər. Bir qayda olaraq bu avadanlıqlar 220 V –da işləyir. Elektrik enerjisinin tezliyi 50 ghz olmalıdır. 
    Multiyanacaqlı odluqlar(qaz-dizel yanacaqlı) özünü əsas göstəricilərinə görə digər tip odluqlara bənzəyir və onlardan isitmə və texnoloji avadanlıqların qüsursuz fəaliyyətini təmin edərək, bir yancaq növündən digərinə keçə bilməsi ilə fərqlənirlər.