Havalandırma Sİstemİ

Sİfarİş et

    Havalandırma sistemləri binadakı istilik və soyutmanı, bina istifadəçilərinin ehtiyacını nəzərə alaraq təmin edən sistemlərdir. Havalandırma sistemləri bir mənada isitmə, soyutma və nəmləndirmə baxımından binanın rahatlığını təyin edən elementlər olmaqla böyük əhəmiyyət kəsb edir.
   Havalandırma sistemləri qapalı obyektlərdə zərərli maddələrin aradan qaldırılması və eləcə də oraya təmiz havanın vurulması üçün nəzərdə tutulmuşdur. Əlavə olaraq havalandırma sistemləri daxil olan havanın təmizlənməsini və isidilməsini təmin edir.İnsanların daha zəruri qəbul etdikləri kondisionerlərdən fərqli olaraq havalandırma sistemlərini istənilən proektli yaşayış binalarına və ofislərə quraşdırmaq mümkündür. 
    Beləki, qapalı obyektlərdə və mənzillərdə oksigenin azalması halsızlıq və əmək fəaliyyətinin azalmasına səbəb olur və havanın ən az 1 saatlıq dövrlə dəyişdirilməsi tələb olunur. Buna görə də müasir şəraitdə havalandırma sistemləri optimal həyat və iş şəraitinin yaradılması üçün vacib amildir. Son illər havalandırma sistemlərinə olan tələblər əsaslı şəkildə dəyişməyə başlamışdır. İnsanlar öz sağlamlıqlarına daha məsuliyyətli yanaşır və həyat eləcədə iş şəraitlərinin ekoloji cəhətdən təmiz olmasına çalışır. Heç kim üçün sirr deyil ki, insanın sağlamlığı və əmək səmərəliliyi onun mövcud olduğu yerin atmosfer və iqlim şəraitindən birbaşa asılıdır. Bununla da müasir havalandırma sistemlərində yeni keyfiyyətin meydana cıxmasına zərurət yaranmışdır. 
    PROSERVİS havalandırma sistemlərinin layihələndirməsi və quraşdırılması sahəsində təcrübəsinə əsaslanaraq istənilən proyektli tikililərin yüksək keyfiyyətli müasir təhlükəsizlik normalarına cavab verən avadanlıqlarla havalandırmasının kompleks həllini təklif edir. Layihənin realizasiyası zamanı  müştərilərimizə müxtəlif qiymətli markaların seçimi imkanı yaradırıq.
Havalandırma sistemləri aşağıdakı meyarlara görə təsnif olunur:
*Havanın hərəkət etdirilməsi üsuluna görə: Təbii və mexaniki
*Təyinatına görə : Vurma və sorma
*Hava dəyişimini təmin etməsinə görə: Ümumidəyişmə, təhlükəsizlik, tüstüsovurma
*Dizayn və quruluşuna görə: Kanal və Kanalsız

    Təbii havalandırma – Təbii havalandırma zamanı havanın hərəkət etməsi aşağıda göstərilənlərə uyğun aparılır:
Çöldə və içəridə (otaqlarda) hava hərarətinin təfavütünün, yəni aerasiya adlanan prosesin yaranmasınəticəsində yaranan havalandırma.
Atmosfer sütununun aşağı (otaqlar) və yuxarı səthləri (binanın damında quraşdırılan deflektor cihazı vasitəsilə) arasında təzyiq fərqinin yaranması nəticəsində yaranan havalandırma.
Küləkdən alınan təzyiqin təsiri nəticəsində yaranan havalandırma

    Mexaniki havalandırma – Havalandırmanın bu növü ventilyator və havaverən maşınların istifadəsilə aparılan məcburi havalandırma sistemidir. Mexaniki havalandırma sistemlərində havanı uzaq məsafələrə hərəkət etdirən avadanlıq və cihazlardan istifadə edilir, onların arasında ventilyatorlar, elektrik mühərriklər, hava qızdırıcıları, toz sovuranlar, avtomatika və s. var və onlar böyük miqdarda elektrik enerjisi sərf edə bilirlər. Müəyyən olunan məkandan havanın verilməsini və uzaqlaşdırılmasını tələb olunan miqdarda və ətraf mühitin dəyişən vəziyyətindən asılı olmayaraq təmin edə bilir.

    Vurma havalandırma sistemi – Qışda qıza bilməsi yayda isə soyuya bilməsi mümkün olacaq qədər havanın içəri vurulmasını təmin edən havalandırma sistemidir. Bu havalandırma sistemi təmiz havanı içəri vurmaqla yanaşı vurulan havanın təyziqi hesabına içəridə olan işlənmiş hava xaric edir.

    Sorma havalandırma sistemi – Sorma havalandırma sisteminin əsas funksiyası içəridə olan tozu, havanın tərkibində olan zərərli qarışımları,pis qoxunu eləcə də dəm qazını sovuraraq kənar edilməsidir. Bu havalandırma adətən damda yerləşdirilir. Bu havalandırma sistemini küləkdən qorumaq üçün adətən qoruyucu təbəqə inşa edilir.

    Ümumidəyişmə havalandırma sistemi – İşlənmiş havanın sovurulmasının və təmiz havanın vurulmasınının mütəşəkkil axınını təşkil edir. Hava dəyişimi hər otaq üçün ayri xətlə həyata keçirilir və dəyişim zamanıotaqların havaları bir birinə qarışmır. Bu istənilən təyinatlı otaqların havasının dəyişdirilməsinin ən optimal və əlverişli formasıdır.

    Təhlükəsizlik və Tüstüsovurma – Tüstüdən müdafiə sistemlərinin əsas məqsədlərindən biri tüstü və zəhərli qazların lokallaşması, təxliyə yollarının boşaldılması və yanğının yarandığı binalardan insanların təhlükəsiz təxliyəsini təmin etməkdir. Alovlanma və binalarda tüstünün yayılması bir çox hallarda insanların tələf olmalarına və əmlaklarının çox hissəsinin itirilməsinə səbəb olur. 
Mərkəzi kondisioner sistemi (AHU)

    Mərkəzi kondisionerlər – bu kondisionerlər soyuq və isti sistemlə təhciz olunublar və bu zaman soyuq hava çillerdən, freon daxili kompressor-kondensator blokundan, isti su isə mərkəzi isitmə sistemindən və ya boylerdən kondisionerə vurulur. Bu kondisionerlər xidmət göstərdikləri otaqlara yaxın yerləşdirilirlər (damda, texniki mərtəbədə və ya zirzəmidə). Kondisionerə havanın girişi və çıxışı və eləcə də otaqlara ötürülməsi hava xətləri ilə reallaşır. Mərkəzi kondisioner sistemi bir neçə bölmədən ibarətdir və hər bir bölmə müəyyən bir funksiyanı yerinə yetirir. Onlar havanı soyutmaq və isitməklə yanaşı onu təmizləyir, qurudur və ya rütubətləndirir və əlbəttə ki havalandırmanı təmin edir.

Mərkəzi kondisionerlərin əsas xüsusiyyətləri və üstünlükləri:

    Bir neçə sistemlə lazım olan temperaturlu təzə havanın vurulması və paylanmasını aparılarkən digər sistemlərdə rütubətliliyi təmin etmək olur.
    Mərkəzi kondisioner sisteminin imkanları split-sistemlərin və digər tip kondisionerlərin istismar muüddətini artırır.
    Yalnız bir aqreqatdan istifadə olunur və bu binanın daxili fasadının ümümi görünüşünə xərər yetirmir.

Mənzillərin havalandırılması;
    Hazırda havalandırma mənzillərdə komfortlu və təmiz havanın təşkilinin ayrılmaz hissəsidir. Müasir Tikinti texnologiyaları və plastik pəncərələr içəriyə təmiz havanın daxil olmasına imkansız edir. Ekoloji vəziyyət və bayırda olan səs-küy bu açıq pəncərə ilə havalandırmanın əlverişsiz olduğunu göstərir. Kandisionerlərin mənzilləri havalandırması ilə bağlı fikirlər isə tamamilə yalnışdır. Kondisionerlər otaq temperaturunu tənzimləyir, otağın havasının dəyişməsi havalandırma sisteminin işidir. Havalandırma sistemi olmadan yalnız kondisionerlərdən istifadə yalnız “bürkülü sərinlik” yaradır. Baxmayaraq ki nəfəs almaq asanlaşır havada yenə də oksigen çatişmazlığı olur və bu halsızlıq yaradır həmçinin ümumilikdə sağlamlığa mənfi təsir edə bilir. Buna görə də otaqda həm kondisionerin həm də havalandırma sisteminin olması daha məqsədəuyğundur. Havalandırma sistemi otağı daha təzə, təmiz və oksigenlə bol olan hava ilə təmin edir, kondisioner isə onu soyudaraq daha komfortlu mühit yaradır. Mənzillər üçün daha əlverişli havalandırma Vurma havalndırma sistemidir. Vurma havalandırma sistemi daxil olan havadan nəinki tozu, eləcə də hava ilə birlikdə gələ biləcək pis qoxu və zərərləri qazları təmizləyir. Təmizləndikdən və lazım gələrsə qızdırıldıqdan sonra hava otağa vurulur, işlənmiş hava isə vurulan havanın içəridə yaratdığı təyziq hesabina mətbəxdə olan təbii havalandırma sistemləri və sanitar havalandırma sistemləri vasitəsi ilə kənar edilir.

Ofislərin havalandırılması;
    Müxtəlif inzibati binaların ofislərində fərqli normativlərə malik iş mühitləri mövcuddur. Ayriliqda hət bir ofis işçisinə 50 kubmetr/saat təmiz hava lazımdır.İşçi heyyətinin sağlamlığı, əhval-ruhiyyəsi, əmək qabiliyyətliliyi ofis yerlərinin havandırmasından da asılıdır. Nəzərə alsaq ki, ədətən, ofis binaları icarə olur və əksər hallarda havalndırma sistemi mövcud olmur, buraya yüksək güclü havalandırma sistemlərinin çəkilməsi məqsədəuyğun deyil. Buraya sökülməsi və yığılması rahat olan tək otaqlar üçün kompakt havalandırma sistemi quraşdırmaq daha məqsədəuyğundur.Ofis yerinin dəyişməsi zamanı bu havalandırma sistemini bir qisa bir müddətdə söküb, yeni ofisə quraşdırmaq mümkündür.Həmçinin nəzərə alsaq ki, ofislərin əksər hissəsi şəhərlərdə yerləşir, buraya daxil olan havanın yalnız tozdan deyil ələcə də zərərli qazlardan təmizləmə funksiyası olan havalandırma sistemi tələb olunur.