Kombİ Sİstemİ

Sİfarİş et

Kombi müəyyən obyekti həm istilik, həm də isti su ilə təmin edən bir qurğudur. İstifadəçini müstəqil istiləşmə rahatlığı ilə təmin edən Kombi, isitmə sistemi üçün lazım olan nasos, termostat, nəzarət lövhəsi kimi zəruri sistem və təhlükəsizlik avadanlıqlarına malikdir. Kombi unikal isitmə sistemidir.Onun köməyi ilə istənilən otağı ən soyuq vaxtda belə asanlıqla qızdırmaq mümkündür. Bunun üçün sistemin bütün elementlərini düzgün şəkildə quraşdırmaq lazımdır. Öncədən evin hər bir otağından keçərək qapalı dairə sistemi yaradan su sistemi çəkmək lazımdır. 
    Nəzərə almaq lazımdır ki, Kombi daha çox mənzillər və birmərtəbəli evlər üçün uyğundur. Çünki, bu avadanlıq suyu boru ilə 2-ci mərtəbəyə qaldırmaq gücündə deyil. İndi kombi sistemlərindən daha çox plastik borulardan isitifadə olunur. Onlar lazım olan ölçülərdə asanlıqla kəsilir və xüsusi aparat vasitəsilə birləşdirilir. Sistemin müsbət tərəflərinə onun dözümlülüyünü, istifadəsinin rahatlığını və temperatur tənzimlənməsinin mümkünlüyünü aid etmək olar.Əgər ev sahibi uzun müddətlik evini tərk edirsə boş yerə qızdırıcı üçün pul odəmək lazım deyil. Bunun üçün Kombini sadəcə söndürmək lazımdır. 
Kombi istifadə etmənin üstünlükləri nələrdir?
*İsti su rahatlığı ilə təmin edir
*Lazımi istilik dərəcəsini nizamlamağa imkan verir
*Sərfiyyat ancaq cari isdifadə zamanı aktivləşir
    Kombiler iş prinsipinə görə bacalı, hermetik, baca fanlı (yarı hermetik) olmaq üzrə odlama sisteminə görə pilot alovlu və elektron olmaq üzrə ikiyə ayrılırlar.
    Ümumiyyətlə kombi texniki xüsusiyyətləri eyni olmasına baxmayaraq son texnologiya inkişafları ilə rəqəmsal nəzarət paneli, kondensasiya texnologiyası, yanma havası nizamı edə bilməsi, qəza xəbərdarlıq sistemi, həddindən artıq soyuqlardan donmaya qarşı qoruma sistemi kimi əlavə texniki xüsusiyyətlər ilə kombiler bir-birindən fərqlənir.
    Qızdırıcı təsisatı hazır isə kombi, çox asanlıqla yerləşdirilə bilən qurğudur. Kombiler açıq balkona və xarici divarlara yerləşdirilə bilməz. Bağlı balkon və ev içinə edilə bilər. Hamamda quraşdırılmaları qadağandır. 
    Kombiler 100-120 kvadratmetr dairələr üçün 17-20 min kcal / h tutumdan başlayaraq gücləri isidilən mahal sahəsinə görə artmaqdadır. Kombilerin ömrü 15 il olaraq təyin olunmuşdur. 
    Bu günə qədər tətbiq etmiş olduğu böyük proyektlərdə müvəffəqiyyətlərə imza atan PROSERVİS, mənzil və böyük müəssisələrə KOMBİ sistemlərinin quraşdırılmasını təklif edir.