Avtomatİk Suvarma Sİstemlərİ

Sİfarİş et

Avtomatik suvarma sistemləri bitkilərin ehtiyaci olan suyu, müəyyən dövr ilə isdifadəsini təmin edən sistemlərdir. Avtomatik suvarma, səmərəli və peşəkar suvarmağa imkan verməklə birlikdə, insan əməyindən istifadə olmadan, qabaqcadan proqramlaşdırılmış cədvələ uyğun avtomatlaşdırılmış texniki prosesi həll etməyə fürsət yaradır.
    Məlum olduğu kimi, otları, ağacları və kolları il boyu suvarmaq lazımdır. Mövsümdən asılı olaraq suvarmanın sayı və torpağın nəmliyini diqqətə alaraq rütubətin miqdarını 70-75% səviyyədə qorumaq lazım gəlir. Bundan əlavə, suvarma qrafiki tərtib olunan zaman torpağın tərkibini və becərilən bitkinin növünü nəzərə almaq lazımdır. Bakıda (və ümumilikdə Azərbaycanda) ekzotik bitki növlərinin populyarlaşması ilə əlaqədar onsuz da mürəkkəb olan düzgün suvarma məsələsi özünə əlavə diqqət tələb etməyə başladı.
    Həm zaman həm də iqtisadi baxımdan əlverişli olan avtomatik suvarma sistemlərinin çox sayda üstünlükləri var. Sadə nəzarət sistemi, etibarlı və uzunömürlü və personala ehtiyac olmadan isdifadəsi mümkündür. Avtomatik suvarma sistemlərinin qışda sökülməsi əməliyyatına ehtiyac yoxdur.
    Bu sistemlə mükəmməl yaşıl sahələrə qayğı göstərmək olar. Avtomatik suvarma gözəl ve təbii landşaftlar üçün ideal vasitədir.
Avtomatik suvarma sistemi aşağıdakılardan ibarəttir:

    *Sistem Nəzarətçisi                        *Hava sensoru və göstərici
    *Elektromaqnit klapan                    *Uzaqdan idarə paneli

    Controller(nəzarət mexanizmi)-sistemin əsas elementidir.O,elektromaqnit klapanların ardıcıllıqla quraşdırılmasına imkan verməklə effektli avtosuvarmanı təmin edir. Bir klapanı bağladıqda, digərləri açılır və suvarılmamış sahələri ardıcıllıqla suvarmaya başlayır. Nəzarət mexanizmi qabaqcadan təyin edilmiş günə və saata suvarmanı təmin edir. Nəzarət mexanizmində mavafiq funksiyalar tərtib etməklə, fəsillərə görə də uyğun olan suvarma təmin edilə bilər. 
    Elektrik təchizatının qoşulmasına ehtiyac olmadan batareyalarla da işləyən(9v) avtonom tipli mexanizmlər fəaliyyət göstərir.
    Yaşıl sahələrin effektli suvarılmasını təmin edən Çiləyici, avtosuvarmanın ayrılmaz bir hissəsidir. Çiləyicilərin əsas üstünlükləri odur ki, müxtəlif başlıqları var. Onlar sahənin radiusuna, uzunluğuna görə müəyyənləşir. Bu sistemin bir üstünlüyü bundan ibarətdir ki,  yağış və ya qar yağdığı halda onlar avtomatik fəaliyətlərini dayandırır. Üstünlükləri sayəsində avtomatik suvarma insanlara əvəz edilməz kömək göstərir.
      Avtomatik suvarma sistemi tikinti şirkətlərinə, yaşıllıqların qorunmasına ve digər strukturlara kömək olacaq.      

    Avtosuvarma sistemi əl ilə suvarmadan daha çox səmərəli ve peşəkar suvarma üçün imkan verir. Yaşıl bitkilər, kiçik bağlar, lüks landşaflar, şəhər sahələri, parklar, qolf, futbol ve digər meydançalar kimi yerlərin dəqiq suvarmasını təmin edir.
    Son illərdə texnikanın sürətlə artması avtosuvarmanı da inkşaf etdirdi. Bununla da çox böyük əraziləri suvarma problemləri həll tapdı. 
    Nazirliklərin, tədris müəssisələrinin, istirahət mərkəzlərinin, sanatoriya və restoranların yaşıl ərazilərində rast gəlinən quruyan otlar, solmuş dekorativ kollar və solğun ağac yarpaqları onu göstərir ki, bu problem hər zaman öz həllini tapa bilmir. Halbuki düzgün suvarma məsələsini həll etmək yetərincə asandır. Sadəcə avtomatik suvarma sistemi quraşdırmaq lazımdır.
    Bitki formalarının müxtəlifliyi ətraf mühitə sözsüz füsunkarlıq verməklə yanaşı, insanlara hər bir bitki qrupunun: otun, güllərin, kolların, ağacların suvarılmasının vaxtı, tezliyi və müddəti ilə bağlı çətinliklər yaradır. PROSERVİS təklif etdiyi avtomatik suvarma sistemi ilə bu problemi həll etməkdə köməklik göstərəcək.
    Sistemi müxtəlif bitki növlərinin fərdi xarakteristikalarına uyğun suvarılmasına proqramlamaqla, mükəmməl dəqiq, səliqəli, əməksevər və peşəkar “bağban” əldə edəcəksiniz.