Elektrİk İşlərİ

Sİfarİş et

Ev, ofis və iş yeri, fabrik, villa və mağazalara elektrik xətlərinin döşəməsi, işıqlandırma sistemləri və dekorasiya işlərinizi qısa müddətdə ərzində reallaşdırırıq. Elektrik xətləri layihələrinin təsis edilməsi və idarə olunması təmiri mövzusunda, sahəsində mütəxəssis personal ilə xidmət edirik.

Mövcud elektrik xətlərində yaşadığınız problemlərin aradan qaldırılması üçün Bizə istədiyiniz zaman zəng edə bilərsiniz.

Elektrik sahəsində sahib olduğumuz uzun illərin təcrübəsi ilə, Ölkəmizdə bu günə kimi bir çox layihəni müvəffəqiyyətlə tamamlayaraq sektorun lider firmalarından biri olmuşuq.

Missiyamız, üzərimizə götürdüyümüz elektrik işlərini etibarlı, səhvsiz, vaxtında və ən iqtisadi şəkildə təslim etməkdir.

PROSERVİS hər növdən olan elektrik quraşdırma işlərini keyfiyyətli şəkildə yerinə yetirmək üçün bütün zəruri texnikaya malikdir.

Obyektlərə elektrik xətlərinin çəkilməsi, elektrik sisteminin layihələndirilməsi, şəbəkənin quraşdırılmasına kimi bütün işləri həyata keçiren Personallarımız, Müştərilərimizə qısa zamanda sifarişləri üstün kefyiyyətlə təslim edir.

PROSERVİS elektrik avadanlığı istehsalçıları ilə partnyorluq əlaqələrini daim inkişaf etdirərək, ən musair və keyfiyyətli elektrik xətlərini və avadanlıqlarını obyetlərinizdə tədbiq edir.

Elektrik xətləri bir obyektin istilik və işıq mənbəyini həmin obyekt içərisinə paylamağa yarayan təsisatlardır. Elektrik təsisatının fərqli tətbiq üsulları vardır. İndiki vaxtda ən çox istifadə edilən iki üsul, suvaq altına və suvaq üstünə tətbiq olunan elektrik təsisatlarıdır. Suvaq altına tətbiq edilən elektrik xətləri təhlükəsiz hesab olur. Elektrik kabellərinin suvaq altına döşəmək etibarlı bir üsuldur. Suvaq üzərinə edilən tətbiqlərdə isə risk olduğu üçün bu üsuldan imtina etməlisiniz.

Elektrik xətləri döşənirkən əvvəlcə axın kabelləri gərginliyin kinetik enerjisinin vəziyyətinə uyğun olaraq hər otağa müəyyən miqdarda elektrik cərəyanı təmin edəcək bir şəkildə nizamlanmalıdır. Elektrik xətləri təhlükə saçan və riskli bir işdir. İstifadə edilən enerjinin miqdarı və xərci incə bir hesab tələb edir. Can təhlükəsizliyiniz üçün elektrik işlərinizi PROSERİS-ə həvalə edin.