Şirkət Johann Vilhelm Buderus tərəfindən 1731-ci ildə Almaniyanın Laubax şəhərində qurulmuşdur. Əvvəlcə şirkət sonrakı emal üçün çuqun, soba və ocaqlar üçün çuqun elementlərini istehsal etdi.
2003-cü ildə «Buderus» «Robert Bosch GmbH»-yə nəzarət paketini satdı. Birləşmə nəticəsində 2004-cü ildə yeni «Bosch-Buderus Thermotechnik GmbH» şirkəti yaradıldı. Hal-hazırda «Bosch Thermotechnik GmbH» Avropada ən böyük istilik avadanlığı istehsalçı və satıcılarından biridir.
Şirkət bazara innovativ avadanlıqlar təqdim edir: alternativ enerji mənbələrində işləyən və yanacaqdan maksimum istifadə etməyə imkan verən kondensasiyalı istilik avadanlığı.
Şirkət tərəfindən istehsal olunan avadanlıqlar: aşağı temperaturlu qaz və maye yanacaq su qızdırıcı qazanlar; kondensiyalı su qızdırıcı qazanlar; buxar generatorları və buxar qaz və ya maye yanacaq su qızdırıcı qazanlar; bərk yanacaq su qızıdırıcı qazanlar; odluqlar; daxili, divar, döşəmə üfüqi və ya şaquli boylerlər; hər hansı bir istilik və daxili isti su dövrələri üçün avtomatik idarəetmə və izləmə sistemləri - sadə bir mənzildən mürəkkəb sənaye qazanxanalarına qədər; polad panel radiatorları; günəş kollektorları; istilik nasosları.