9.4.2022

Server otaqları üçün ən mükəmməl soyutma sistemi hansıdır?

Server otaqları  üçün ən mükəmməl soyutma sistemi hansıdır?

Presenzion (Həssas, dəqiq) kondisionerlərin xüsusiyyətləri.

Presenzion (Həssas, dəqiq) kondisionerlər – istismarçı tərəfindən təyin olunan hava istiliyini, rütubət səviyyəsini və hava kütləsi hərəkətliliyini yüksək dəqiqliklə qoruyub saxlaya bilən sənaye iqlim vahidləridir. Onların əsas tətbiqləri ətraf mühitə həssas olan mürəkkəb texnoloji avadanlıqların istismarı üçün zəruri şərtləri təmin etməkdir. Çox vaxt bunlar telekommunikasiya sektorunda (böyük məlumat mərkəzləri, məlumat mərkəzləri, avtomatik telefon stansiyaları), geniş server otaqlarında, laboratoriyalarda və sairə məkanlarda işləməsi üçün nəzərdə tutulan bir kondisioner vahidləridir.

Adi məişət tipli kondisionerlərlə müqayisədə, Presenzion (Həssas, dəqiq) kondisionerlər böyük bir işləmə potensialına malikdilər və ilin istənilən vaxtında, həftə içi hər gün dayanmadan işləyə bilər. İş rejimi 24x7X365 sistemində kondisionerin istifadəsini nəzərdə tutur. Belə dayanmadan işləmə və elektron avtomatlaşdırılmış idarəetmə sistemi temperaturu ±1ᵒC dəqiqliklə, rütubət isə ±2% -ə qədər idarə etməyə imkan verir.

Presenzion (Həssas, dəqiq) kondisionerlər server otaqları üçün mükəmməl bir həlldir.

Server otağı, şüşələr olmadığı ayrı bir otaqdır. Çox vaxt serverləri, başqa bir məqsədə istifadə oluna bilinməyən bir otaqda quraşdırılar. Serverdə bəzən havalandırma sistemidə nəzərdə tutulmur. Belə otaqlar isti və havasız olur. Ancaq hesablama avadanlıqlarına müəyyən dərəcədə rütubətli və aşağı temperaturlu havaya ehtiyac olur.

Server avadanlıqlarında xəta baş verən anda, məlumatların ötürülməsi və qəbulunun dayanması, mühüm məlumatların itkisinə gətirib çıxarır. Belə bir xəta baş verəndə heç kimə sirr deyil ki, bu vəziyyət hər hansı bir təşkilat üçün qaçılmaz itkilərə səbəb olur.

Server otaqları üçün Presenzion (Həssas, dəqiq) kondisionerlər çox vacib bir keyfiyyətə malikdir - hətta ekstremal şəraitdə, çöldə-bayırda havanın temperaturu -40ᵒC və ya +50ᵒC işləyə bilirlər. Server otaqlarında quraşdırılmış avadanlıqlar, digər hesablama avadanlığı kimi daim qızır. Ancaq ev kompüterlərindən fərqli olaraq, daxildə quraşdırılmış soyuducu (kuler) onlar üçün kifayət deyil. Daimi soyutma və avadanlıqları tozdan etibarlı şəkildə qoruyan bir filtr sistemi lazımdır.